Qərbi Azərbaycan İcması ABŞ dövlət katibinə cavab verib | 1news.az | Xəbərlər
Cəmiyyət

Qərbi Azərbaycan İcması ABŞ dövlət katibinə cavab verib

12:36 - 05 / 01 / 2024
Qərbi Azərbaycan İcması ABŞ dövlət katibinə cavab verib

ABŞ dövlət katibi Antoni Blinken təkəbbürlə Azərbaycanı din azadlığı ilə bağlı hansısa qondarma siyahıya daxil etmişdir.

Əvvəla, heç kim ABŞ-a dünya ölkələrində din azadlığına dair ağlına gələn hesabatlar, siyahılar hazırlamaq səlahiyyəti verməyib və ABŞ-ın belə bir praktikadan istifadə etməsi yalançı “amerikan müstəsnalığı”nın təzahürüdür.

1news.az xəbər verir ki, bu fikirlər Qərbi Azərbaycan İcmasının bəyanatında əksini tapıb.

Bildirilib ki, ABŞ özünə düşmən hesab etdiyi, siyasətini bəyənmədiyi ölkələri belə düşük siyahılara salaraq öz aləmində onlarla “haqq-hesab çəkir”. Ermənistanın Azərbaycan xalqının mədəni irsini, məscidlərini, qəbiristanlıqlarını dağıtmasına, təhqir etməsinə göz yumanların riyakarlığı, dini və etnik təəssübkeşlik əsasında, səlibçi mentaliteti ilə hərəkət etmələri ikrah hissi doğurur:

“Amerikan ictimaiyyətinin “Epstein siyahısı”, yalandan dünyaya əxlaq, vicdan, insan hüquqları, qanunun aliliyi “dərsi keçənlər”in yaramaz əməlləri ilə sarsıldığı bir vaxtda ABŞ-ın özü kimdən, nədən “narahatdır”, bax, bunu başa düşmək olmur. ABŞ başqa ölkələrin işlərinə qarışmaq əvəzinə, qoy gedib tarixən sıxışdırdığı yerli xalqların hüquqlarının təmin edilməsi də daxil olmaqla, özünün daxili problemləri ilə məşğul olsun.

ABŞ diplomatiyasının “məntiq”i də “heyrət doğurur”. ABŞ bir tərəfdən Azərbaycanı Vaşinqton platformasına dəvət edir, digər tərəfdən Azərbaycana qarşı bir-birinin ardınca düşmən addımlar atır.

ABŞ-ın din azadlığına dair siyahısının heç bir qüvvəsi, çəkisi yoxdur və onu qətiyyətlə rədd edirik”.

Paylaş:
168

Son xəbərlər

Efiopiya ilə iqtisadi əməkdaşlıq imkanları müzakirə olunub28 / 11 / 2024, 19:16“Qarabağ” – “Lion” oyununa 22000 bilet satılıb28 / 11 / 2024, 17:51Azərbaycan millisi FIFA reytinqində irəliləyib28 / 11 / 2024, 17:40“Trendyol”dan azərbaycanlı müştərilər üçün “Əfsanə günlər” kampaniyası - FOTO28 / 11 / 2024, 17:28Sabah Yasamal rayonunun qaz təchizatında müvəqqəti fasilə yaranacaq28 / 11 / 2024, 17:22Xəzərdə zəlzələ olub28 / 11 / 2024, 17:01Azərbaycan və Türkiyə hərbçiləri birgə təlimdə növbəti tapşırıqları icra ediblər - FOTO28 / 11 / 2024, 16:42Bəzi yerlərdə leysan olacaq, qar yağacaq - XƏBƏRDARLIQ28 / 11 / 2024, 16:40Kuryerlərə qarşı dələduzluq edən şəxs saxlanılıb28 / 11 / 2024, 16:255 hərbçinin öldüyü dəhşətli qəzada ağır yaralanan yeniyetmə xəstəxanada dünyasını dəyişib28 / 11 / 2024, 16:13“Araz-2024” birgə taktiki təlimi başa çatıb - FOTO28 / 11 / 2024, 15:58Ağadadaş Ağayevin məhkəməsi keçirildi28 / 11 / 2024, 15:44Ordubadda hərbi sursat aşkar edilib28 / 11 / 2024, 15:33“PAŞA Holding” COP29-da qlobal əlaqələri möhkəmləndirib28 / 11 / 2024, 15:20Sahibkarları şantaj edən sayt rəhbərləri həbs edilib28 / 11 / 2024, 15:16Sumqayıtda avtomobil yanıb - VİDEO28 / 11 / 2024, 15:03Ağcabədi sakinindən 10 kiloqrama yaxın marixuana aşkarlanıb28 / 11 / 2024, 14:42Prezident Mərkəzi Nəbatat Bağının açılışında iştirak edib - FOTO28 / 11 / 2024, 14:09“Neftçi” – “Qarabağ” oyununun referisi bəlli olub28 / 11 / 2024, 13:54Cənubi Koreyada son 100 ilin ən güclü qar yağışı: 5 nəfər ölüb28 / 11 / 2024, 13:43
Bütün xəbərlər