Naxçıvanda ana və iki qızı dəm qazından zəhərlənib | 1news.az | Xəbərlər
Cəmiyyət

Naxçıvanda ana və iki qızı dəm qazından zəhərlənib

17:17 - 06 / 01 / 2024
Naxçıvanda ana və iki qızı dəm qazından zəhərlənib

Naxçıvanda dəm qazından 3 nəfər zəhərlənib.

1news.az "Report"a istinadən xəbər verir ki, hadisə bu gün Naxçıvan şəhərində qeydə alınıb.

Belə ki, şəhər sakinləri 1977-ci il təvəllüdlü Rəsulova Ruhiyyə Hacı qızı və qızları 2000-ci il təvəllüdlü Mirzəyeva Jalə Vüqar qızı və 2011-ci il təvəllüdlü Mirzəyeva Fidan Vüqar qızı evdə dəm qazından zəhərləniblər. Onlar təcili olaraq Naxçıvan Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Qeyd edək ki, R.Rəsulova Naxçıvan televiziyasının əməkdaşıdır.

Paylaş:
377

Son xəbərlər

Bayram gününün hava proqnozu

14 / 06 / 2025, 12:58
Bütün xəbərlər