Balakəndə mikroavtobus piyadanı vurub öldürüb | 1news.az | Xəbərlər
Cəmiyyət

Balakəndə mikroavtobus piyadanı vurub öldürüb

1news Redaksiyası09:04 - 07 / 01 / 2024
Balakəndə mikroavtobus piyadanı vurub öldürüb

Balakəndə ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb.

DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan 1news.az-a bildirilib ki, hadisə Püştətala kəndində baş verib.

Ülvi İsmayılov idarə etdiyi “Mercedes” markalı mikroavtobusla yolu keçən piyada, 2001-ci il təvəllüdlü Alqayev Abdulla Kənan oğlunu vurub.

Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Araşdırma aparılır.

Paylaş:
455

Son xəbərlər

Əlövsət Polad vəfat etdi

06 / 11 / 2026, 17:40
Bütün xəbərlər