Bayram günlərində təcili tibbi yardım xidmətinə müraciətlərin sayı açıqlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Bayram günlərində təcili tibbi yardım xidmətinə müraciətlərin sayı açıqlanıb

Qafar Ağayev10:15 - 07 / 01 / 2024
Bayram günlərində təcili tibbi yardım xidmətinə müraciətlərin sayı açıqlanıb

Yeni il bayramı ilə əlaqədar qeyri-iş günlərində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi gücləndirilmiş iş rejimində fəaliyyət göstərib.

1news.az xəbər verir ki, Təcili tibbi yardım xidmətinə 31.12.2023-06.01.2024-cü il tarixlərində ümumi çağırışların sayı 18 351, hospital olunanların sayı isə 1 840 olub.

Çağırışların sayı ən çox 01.01.2024-cü il (çağırış sayı 2 723, hospital olunanların sayı 305 olmaqla), 02.01.2024-cü il (çağırış sayı 2 713, hospital olunanların sayı 274 olmaqla) və 31.12.2023-cü il tarixində (çağırış sayı 2 639, hospital olunanların sayı 242 olmaqla) qeydə alınıb.

Çağırış səbəbləri əsasən arterial təzyiqin qalxması, kardioloji problemlər, travmalar, dispeptik əlamətlər, respirator xəstəliklər və s. ilə bağlı olub.

Paylaş:
250

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər