FHN kiçikhəcmli gəmilərə texniki baxış keçirəcək | 1news.az | Xəbərlər
Cəmiyyət

FHN kiçikhəcmli gəmilərə texniki baxış keçirəcək

16:16 - 08 / 01 / 2024
FHN kiçikhəcmli gəmilərə texniki baxış keçirəcək

Fövqəladə Hallar Nazirliyinin (FHN) Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti 2024-cü il ərzində kiçikhəcmli gəmilər üçün texniki baxış cədvəlini təqdim edib.

Nazirliyin mətbuat xidmətindən 1news.az-a bildiriblər ki, texniki baxış Şimal, Muğan, Cənub regionları və Daxili su hövzələri üzrə müvafiq olaraq fevral, mart, aprel və oktyabr aylarında təşkil olunacaq. Bakı şəhəri və Abşeron rayonu üzrə isə texniki baxış hər ayın 2-ci və 3-cü həftəsinin II və III günləri Ələt-Bibiheybət və Zığ-Pirallahı, hər ayın 2-ci və 3-cü həftəsinin IV və V günləri isə Şimal QRES-Nardaran və Görədil-Sumqayıt şəhəri H.Z.Tağıyev qəsəbəsi istiqamətlərində keçiriləcək.

Qeyd edək ki, təqdim olunmuş texniki baxış günləri hava şəraiti ilə əlaqədar dəyişdirilə bilər. Həmçinin çimərlik mövsümü ilə əlaqədar Bakı şəhəri və Abşeron rayonu üzrə keçirilən texniki baxışlar qismən məhdudlaşdırıla bilər.

Əlaqə telefonları: 012 512-17-09 və 012 512-17-47.

Paylaş:
245

Son xəbərlər

Bayram gününün hava proqnozu

14 / 06 / 2025, 12:58
Bütün xəbərlər