Şirvanda müxtəlif növ silah-sursat tapılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Şirvanda müxtəlif növ silah-sursat tapılıb

09:10 - 08 / 01 / 2024
Şirvanda müxtəlif növ silah-sursat tapılıb

Şirvan Şəhər Polis Şöbəsinə şəhər ərazisində müxtəlif növ silah-sursat tapılması barədə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan 1news.az-a verilən məlumata görə, şöbə əməkdaşları tərəfindən həmin əraziyə keçirilən baxış zamanı oradan 1 ədəd avtomat, 1 ədəd daraq və 23 ədəd patron aşkarlanaraq götürülüb.

Faktlarla bağlı araşdırmalar aparılır.

Paylaş:
180

Son xəbərlər

Bütün xəbərlər