NİİM ötən il yollarda hansı işləri görüb? - Hesabat açıqlandı | 1news.az | Xəbərlər
Cəmiyyət

NİİM ötən il yollarda hansı işləri görüb? - Hesabat açıqlandı

Qafar Ağayev11:29 - 08 / 01 / 2024
NİİM ötən il yollarda hansı işləri görüb? - Hesabat açıqlandı

Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi tərəfindən ötən il ərzində görülən işlərə dair məlumat açıqlanıb.

1news.az NİİM-ə istinadən xəbər verir ki, Ceyhun Səlimov və Əbdülvahab Salamzadə küçələrinin kəsişməsində yeni istifadəyə verilmiş svetoforun vaxt planı mütəxəssislər tərəfindən optimallaşdırılıb və 3-cü mikrorayon dairəsindən Ə.Salamzadə küçəsi istiqamətində pik saatlarda nəqliyyat vasitələrinin hərəkətinin intensivliyi təmin edilib. Yasamal rayonu, Abbas Mirzə Şərifzadə və Məhəmməd Xiyabani küçələrinin kəsişməsindəki svetoforun iş rejiminə dəyişiklik tətbiq edilib və 20 Yanvar dairəsi istiqamətində nəqliyyat axınının intensivliyi artıb.

Təbriz və Əhməd Rəcəbli küçələrinin kəsişməsində Təbriz küçəsində yaranan sıxlığın aradan qaldırılması məqsədi ilə həyata keçirilən layihə nəticəsində sıxlıq aradan qalxıb və hərəkət iştirakçılarının təhlükəsizliyi təmin edilib.

Səməd Vurğun və Şamil Əzizbəyov küçələrinin kəsişməsində pik saatlarda Səməd Vurğun küçəsindən sola dönən nəqliyyat axınında yaranan sıxlığın aradan qaldırılması məqsədilə sözügedən yorayrıcındakı svetoforun iş rejiminə dəyişiklik edilib. Nəticədə Səməd Vurğun küçəsində nəqliyyatın intensivliyi artıb və sıxlıq aradan qalxıb.

Qara Qarayev prospekti ilə Özbəkistan küçəsinin kəsişməsində səhər pik saatlarında Özbəkistan küçəsi istiqamətində svetoforun vaxtı bir neçə saniyə artırılıb və qeyd olunan küçədə müşahidə olunan sıxlıq azalıb.

Paytaxt yollarında avtomobil sıxlığını azaltmaq və hərəkətin intensivliyini təmin etmək məqsədilə 44 küçə və prospekt üzrə 93 min 812 dəfə “yaşıl dalğa” rejimi tətbiq olunub.

Müxtəlif küçə və prospektlərdə il ərzində baş verən 1.955 yol-nəqliyyat hadisəsi ilkin olaraq Mərkəzə məxsus kameralar vasitəsilə qeydə alınıb və qəza səbəbindən yollarda yaranan sıxlığın qarşısını almaq üçün dərhal DYP-yə məlumat verilərək müvafiq tədbirlərin görülməsi təmin edilib.

Qeyd olunub ki, yanvar ayında 132, fevralda 189, martda 149, apreldə 156, mayda 174, iyunda 179, iyulda 179, avqustda 186, sentyabrda 161, oktyabrda 160, noyabrda 141, dekabrda 149 yol-nəqliyyat hadisəsi olub.

Bununla yanaşı, nasazlıq səbəbindən yollarda qalaraq sıxlıq yaradan 2.013 nasaz nəqliyyat vasitəsi kameralar vasitəsilə aşkarlanıb və sıxlığın qarşısını almaq üçün müvafiq tədbirlərin görülməsi təmin edilib.

Bundan başqa, yanvarda 147, fevralda 151, martda 142, apreldə 138, mayda 161, iyunda 176, iyulda 210, avqustda 235, sentyabrda 171, oktyabrda 192, noyabrda 144, dekabr 146 nasaz nəqliyyat vasitəsi aşkarlanıb.

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi Bakı yollarında sıxlığı azaltmaq, eləcə də yol hərəkəti iştirakçılarının rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədilə hazırda bu istiqamətdə işləri davam etdirir.

Paylaş:
375

Son xəbərlər

COP29 çərçivəsində İqtisadiyyat Nazirliyi tərəfindən təşkil edilmiş tədbirlərBu gün, 18:52Azərbaycan və Türkiyə dəniz xüsusi təyinatlıları şərti düşmən arxasına helikopterdən enmə tapşırıqları yerinə yetiriblərBu gün, 17:51Bakı ilə Seul arasında birbaşa uçuşlar həyata keçiriləcəkBu gün, 17:44Milli Məclisin 29 noyabra olan gündəliyi açıqlanıb - SİYAHIBu gün, 17:41Bəzi ərazilərə qar yağır - FAKTİKİ HAVABu gün, 17:23Özbəkistan Baş Prokurorluğu Komil Allamjonova sui-qəsd cəhdi ilə bağlı cinayət işinin yeni təfərrüatlarını açıqlayıbBu gün, 17:12Nəsimi rayonunda qanunsuz tikilinin qarşısı alındıBu gün, 17:08Sabah bələdiyyə seçkilərinin tarixi elan ediləcəkBu gün, 16:52Sevinc Fətəliyeva: “Azərbaycan COP29-la beynəlxalq ictimaiyyətin inam və etimadını növbəti dəfə doğrultdu”Bu gün, 16:41“Araz-2024” birgə taktiki təliminə hazırlıq prosesi başa çatıb - FOTOBu gün, 16:34Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edibBu gün, 15:59Metroda qatarlar “Əhmədli” stansiyasına qədər hərəkət edəcək - “Həzi Aslanov” təmirə dayanırBu gün, 15:52Azərbaycanda daha 549 mənzil kirayə üsulu ilə satışa çıxarılacaqBu gün, 15:36Bakı metrosunun iş rejimində bir günlük dəyişiklik olacaqBu gün, 15:25Hikmət Hacıyev: “Politico” nəşri dezinformasiya yaymaqda davam edirBu gün, 15:18Xarici jurnalistlər Qala qoruğunda olublarBu gün, 14:32AMEA Yüksək Texnologiyalar Parkının adı dəyişdirilib - SƏRƏNCAMBu gün, 14:10Bakının rayonlarında qışa hazlıqla bağlı müşavirələr keçirilirBu gün, 14:01Elçin Məsiyev UEFA Konfrans Liqası matçının baş hakimi təyin olunubBu gün, 13:47Bakı Dairəvi avtomobil yoluna giriş-çıxış genişləndirildi - FOTO - VİDEOBu gün, 13:18
Bütün xəbərlər