Ötən ay 3 nəfər zəhərlənmədən ölüb | 1news.az | Xəbərlər
Cəmiyyət

Ötən ay 3 nəfər zəhərlənmədən ölüb

Qafar Ağayev11:57 - 08 / 01 / 2024
Ötən ay 3 nəfər zəhərlənmədən ölüb

123 nəfər dekabr ayında zəhərlənmə ilə bağlı KTM-ə müraciət edib.

Kliniki Tibbi Mərkəzdən 1news.az-a verilən məlumata görə, dekabr ayı ərzində KTM-in Toksikologiya şöbəsinə zəhərlənmə ilə bağlı 123 nəfər qəbul edilib.

Bildirilib ki, onlardan 54-ü kişi, 49-u qadın, 20-si isə uşaq olub.

"Qəbul olunan xəstələrdən 52-si dərmandan, 33-ü sirkə turşusundan, 9-u etanoldan, 1 nəfər göbələkdən, 19-u dəm qazından zəhərlənib.

2 nəfər allergik reaksiya, 6 nəfər botulizm, 1 nəfər anafilaksiya səbəbindən xəstəxanaya yerləşdirilib.

Həkimlərin səylərinə baxmayaraq, zəhərlənən şəxslərdən 3 nəfər dünyasını dəyişib.

Hər 3 ölüm faktı sirkə turşusundan zəhərlənmə səbəbilə qeydə alınıb", - deyə əlavə edilib.

Paylaş:
326

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər