Rəsmilər Respublika Perinatal Mərkəzinə getdilər - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Rəsmilər Respublika Perinatal Mərkəzinə getdilər - FOTO

13:16 - 09 / 01 / 2024
Rəsmilər Respublika Perinatal Mərkəzinə getdilər - FOTO

Respublika Perinatal Mərkəzində baş vermiş yanğınla əlaqədar bir sıra rəsmi şəxslər sözügedən xəstəxanaya baş çəkiblər.

1news.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Prezidentin köməkçisi Anar Ələkbərov, baş prokuror Kamran Əliyev və səhiyyə naziri Teymur Musayev Respublika Perinatal Mərkəzinə gəliblər. Onlar hazırda hadisə yerinə baxış keçirirlər.

Xatırladaq ki, yanğın zamanı mərkəzin Yenidoğulmuşların intensiv terapiya şöbəsində müalicə alan 4 körpənin meyiti aşkar olunub.

Paylaş:
243

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər