Bakıda daha bir məktəbli qızılcadan vəfat edib | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda daha bir məktəbli qızılcadan vəfat edib

11:14 - 09 / 01 / 2024
Bakıda daha bir məktəbli qızılcadan vəfat edib

Bakıda daha bir məktəbli qızılcadan vəfat edib.

1news.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, 2015-ci il təvəllüdlü Ömər Heydərov qızılca xəstəliyi səbəbindən həyatını itirib.

Şagird Nəsimi rayonunda yerləşən 5 saylı orta məktəbin rus bölməsinin 1D sinif şagirdi olub.

Məktəbdən saytımıza bildirilib ki, Ö.Heydərov xəstəliklə əlaqədar dekabrın 29-30-da dərslərdə iştirak edə bilməyib, daha sonra isə onun vəziyyəti pisləşib və dünyasını dəyişib.

Qeyd edək ki, son 2 ayda Azərbaycanda 10-a yaxın azyaşlı və yeniyetmə qızılcadan vəfat edib.

Paylaş:
223

Son xəbərlər

Bayram gününün hava proqnozu

14 / 06 / 2025, 12:58
Bütün xəbərlər