Sumqayıtda törədilən qətlin təfərrüatları məlum olub
Sumqayıtda törədilən qətlin təfərrüatları bəlli olub.
1news.az-ın "Report"a istinadən əldə etdiyi məlumata görə, öldürülən şəxs Həsənalı Piriyev əvvəllər Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə məhkumluq həyatı yaşayıb.
Onun Seymur Qasımova 300 manat borcu olub. S.Qasımov dəfələrlə ondan borcunu qaytarmasını desə də, H.Piriyev buna məhəl qoymayıb.
Hadisə törədiləndən bir neçə saat öncə Həsənalı Piriyev öz tanışı ilə Seymur Qasımovun yanına gələrək məsələni həll etmək etmək istəyib, lakin söhbət mübahisəyə çevrilib. Nəticədə Seymur Qasımov üzərində gətirdiyi bıçaqla Həsənalı Piriyevə xəsarət yetirib. Yaralı bir neçə addım getdikdən sonra qaynanasının evinin qarşısında müvazinətini itirib və oradaca keçinib.
271