Daşkəsəndə 2 mərtəbəli evdə yanğın olub | 1news.az | Xəbərlər
Cəmiyyət

Daşkəsəndə 2 mərtəbəli evdə yanğın olub

15:05 - 10 / 01 / 2024
Daşkəsəndə 2 mərtəbəli evdə yanğın olub

Daşkəsəndə evdə yanğın olub.

FHN-dən 1news.az-a verilən xəbərə görə, Daşkəsən şəhərində bir dam altında tikilən, ümumi sahəsi 240 m² (hər mərtəbəsi 120 m²) olan ikimərtəbəli 8 otaqlı evin 2-ci mərtəbəsində iki otağın və dam örtüyünün yanar konstruksiyaları 50 m² sahədə, sahəsi 260 m² (hər mərtəbəsi 130 m²) olan ikimərtəbəli 6 otaqlı evin 2-ci mərtəbəsində iki otağın tavanı 30 m² sahədə və pəncərə çərçivələri qismən yanıb. Hər iki evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Paylaş:
239

Son xəbərlər

Bütün xəbərlər