Bakı Dövlət Sirkində texniki nasazlıqlara görə tədbirlərin keçirilməsi dayandırılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakı Dövlət Sirkində texniki nasazlıqlara görə tədbirlərin keçirilməsi dayandırılıb

15:12 - 10 / 01 / 2024
Bakı Dövlət Sirkində texniki nasazlıqlara görə tədbirlərin keçirilməsi dayandırılıb

Bu günlərdə Fövqəladə Hallar Nazirliyinin mütəxəssisləri paytaxtın iritutumlu mədəniyyət müəssisələrindən olan Bakı Dövlət Sirkinə baxış keçirib.

Bu barədə 1news.az-a Sirkdən bildirilib.

Qeyd edilib ki, binada müəyyən texniki nasazlıqlar aşkar edilib və müvafiq göstərişlər qeyd olunub.

“Mədəniyyət Nazirliyi tərəfindən həmin nasazlıqlar aradan qaldırılanadək binada kütləvi tədbirlərin keçirilməməsi ilə bağlı qərar qəbul olunub və bu barədə müvafiq tapşırıqlar verilib. Yanvarın 7-dən sirkin fəaliyyəti müvəqqəti dayandırılıb. Binada işlər yekunlaşdırıldıqdan sonra sirk yenidən qapılarını tamaşaçılara açacaq”, - məlumatda deyilir.

Qeyd edək ki, Bakı Dövlət Sirki SSRİ dövründə tikilən unikal memarlığa malik bu binada 1967-ci ildən fəaliyyət göstərir.

Paylaş:
272

Son xəbərlər

Bütün xəbərlər