Dilarə Səlim “Mədəniyyət” telekanalına direktor təyin edildi | 1news.az | Xəbərlər
Mədəniyyət

Dilarə Səlim “Mədəniyyət” telekanalına direktor təyin edildi

Qafar Ağayev17:51 - 10 / 01 / 2024
Dilarə Səlim “Mədəniyyət” telekanalına direktor təyin edildi

Azərbaycan Dövlət Televiziyasının (AzTV) aparıcısı, jurnalist Dilarə Səlim “Mədəniyyət” telekanalının direktoru təyin edilib.

1news.az-ın məlumatına görə, Dilarə Səlim bu təyinatadək AzTV-nin “Mədəniyyət xəbərləri”nin baş redaktoru vəzifəsində çalışırdı.

Dilarə Hamlet qızı Səlim 15 avqust 1968-ci ildə Bakı şəhərində anadan olub. Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunun Alman dili tərcüməçiliyi fakültəsini bitirib.

1990-cı ildən AzTV-də çalışmağa başlayıb. "Televiza", "Kinofakt" və "Səhər" verilişlərində müəllif-aparıcı olub. 1994-cü ildə "Mir" Dövlətlərarası Teleradioşirkətinin Azərbaycan Milli Nümayəndəliyində şərhçi işləyib.

1997-ci ildə Almaniyanın Gustav Ştrezeman Universitetində televiziya jurnalisti fakültəsində kurslar keçib. 2000-ci ildə ABA televiziyasında "Kontra" tok-şousunun müəllifi və aparıcısı olub. 2001-ci ildə "İnternyus" televiziya şirkətinin Azərbaycan Təmsilçiliyində prodüser və aparıcı olaraq "Media və Mən" verilişini hazırlayıb.

2007-ci ildən AzTV-də "Səhər" proqramında müəllif və aparıcı, "Xəbərlər"də isə aparıcı kimi işləyib. "Səadət" qadın proqramının müəllif və aparıcısı olub.

2018-ci ildə AzTV-nin "Mədəniyyət xəbərləri"nin baş redaktoru təyin edilib, "Görüş yeri" verilişinin müəllif və aparıcısıdır.

Ailəlidir, iki qızı var.

Paylaş:
562

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər