Ötən gün Azərbaycanda 43 kiloqramdan çox narkotik aşkarlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Ötən gün Azərbaycanda 43 kiloqramdan çox narkotik aşkarlanıb

09:42 - 10 / 01 / 2024
Ötən gün Azərbaycanda 43 kiloqramdan çox narkotik aşkarlanıb

Polis əməkdaşlarının yanvarın 9-da respublika ərazisində keçirdikləri əməliyyat tədbirləri nəticəsində 43 kiloqramdan çox narkotik vasitə aşkar olunaraq götürülüb.

Bu barədə 1news.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr, 28 kiloqram 267 qram heroin, 10 kiloqram 256 qram marixuana, 5 kiloqram 143 qram metamfetamin, həmçinin 12 ədəd metadon həbi olub.

Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.

Paylaş:
146

Son xəbərlər

Bayram gününün hava proqnozu

14 / 06 / 2025, 12:58
Bütün xəbərlər