FHN: Ötən sutka 35 yanğına çıxış olub, 9 nəfər xilas edilib | 1news.az | Xəbərlər
Cəmiyyət

FHN: Ötən sutka 35 yanğına çıxış olub, 9 nəfər xilas edilib

14:20 - 13 / 01 / 2024
FHN: Ötən sutka 35 yanğına çıxış olub, 9 nəfər xilas edilib

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 35 yanğına çıxış və 6 halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.

FHN-in mətbuat xidmətindən 1news.az-a bildirilib ki, görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində qəza-xilasetmə əməliyyatları zamanı 4-ü azyaşlı olmaqla 9 nəfər xilas edilib. Həmçinin Sumqayıt şəhərində beşmərtəbəli yaşayış binasında baş vermiş yanğın hadisəsi zamanı 6 nəfər bina sakini təhlükəsizlik tədbirləri çərçivəsində təxliyə olunub.

FHN üzərinə düşən vəzifələrin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.

Paylaş:
281

Son xəbərlər

Bayram gününün hava proqnozu

14 / 06 / 2025, 12:58
Bütün xəbərlər