MSK 3 partiyanın vəkil edilmiş şəxslərini qeydə alıb
Növbədənkənar prezident seçkiləri ilə əlaqədar Böyük Quruluş Partiyası, Milli Cəbhə Partiyası və Böyük Azərbaycan Partiyasının vəkil edilmiş şəxslərinin qeydə alınması barədə qərar qəbul edilib.
1news.az APA-ya istinadən xəbər verir ki, məsələ barədə Mərkəzi Seçki Komissiyasının (MSK) katibi Arifə Muxtarova məlumat verib.
O bildirib ki, Mərkəzi Seçki Komissiyasına təqdim edilən sənədlər araşdırılaraq müəyyən edilib ki, həmin şəxslərin qeydə alınması üçün əsaslar mövcuddur və onlar partiyaların vəkil edilmiş şəxsləri kimi qeydə alına bilərlər.
Beləliklə, Böyük Quruluş Partiyasından 17 nəfər, Milli Cəbhə Partiyasından 15 nəfər, Böyük Azərbaycan Partiyasından isə 50 nəfər vəkil edilmiş şəxs kimi qeydə alınıb.
Məsələ səsverməyə çıxarılaraq qəbul edilib.