Bakıda 2 marşrut xəttində avtobusların hərəkət sxemi müvəqqəti dəyişdirilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda 2 marşrut xəttində avtobusların hərəkət sxemi müvəqqəti dəyişdirilib

Qafar Ağayev16:48 - 15 / 01 / 2024
Bakıda 2 marşrut xəttində avtobusların hərəkət sxemi müvəqqəti dəyişdirilib

Bakıda sərnişindaşımanı həyata keçirən 3 və 88 nömrəli marşrut avtobuslarının hərəkət sxemi müvəqqəti dəyişdirilib.

Bu barədə 1news.az-a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.

Məlumata görə, dəyişikliyə səbəb paytaxtın Binəqədi rayonunda partlayışın baş verməsidir. Nəticədə Abay Kunanbayev küçəsindən keçən sözügedən marşrut xətləri üzrə avtobusların hərəkəti Süleyman Sani Axundov küçəsindən təşkil edilib.

Paylaş:
271

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər