Sabirabadda qanunsuz ov edən iki nəfər saxlanılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Sabirabadda qanunsuz ov edən iki nəfər saxlanılıb

17:25 - 15 / 01 / 2024
Sabirabadda qanunsuz ov edən iki nəfər saxlanılıb

Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşlarının qanunsuz ovun və mülki silahın daşınması qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə keçirdikləri tədbirlər zamanı rayonun Suqovuşan ərazisində müvafiq icazəsi olmadan qanunsuz ov edən iki nəfər saxlanılıb.

1news.az AZƏRTAC-a istinadən xəbər verir ki, Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Şirvan regional qrupundan məlumata görə, həmin şəxslərdən müvafiq sənədləri olmayan ov tüfəngləri və patronlar, eləcə də qanunsuz olaraq ovlanmış çöl dovşanları və ov quşları aşkarlanaraq maddi sübut kimi götürülüb.

Faktlarla bağlı Sabirabad RPŞ-də araşdırmalar aparılır.

Paylaş:
315

Son xəbərlər

Bütün xəbərlər