Bakıda uşaq evindən çıxaraq itkin düşən yeniyetmə tapılıb - YENİLƏNİB | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda uşaq evindən çıxaraq itkin düşən yeniyetmə tapılıb - YENİLƏNİB

14:07 - 15 / 01 / 2024
Bakıda uşaq evindən çıxaraq itkin düşən yeniyetmə tapılıb - YENİLƏNİB

Polis əməkdaşları Bakıda uşaq evindən çıxaraq itkin düşən yeniyetməni taparaq aidiyyəti üzrə təhvil verib.

Bu barədə 1news.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı Nurlan Əliyev məlumat verib.

09:31

Bakıda uşaq evindən çıxan yeniyetmə itkin düşüb.

1news.az-ın "Report"a istinadən xəbərinə görə, 2010-cu il təvəllüdlü Ağayev Cümşüd Elşad oğlu yanvarın 14-ü saat 15:30 radələrində Xətai rayonu, Lütfi Zadə küçəsi 18 ünvanında yerləşən 3 saylı uşaq evindən çıxaraq geri qayıtmayıb.

Fakt üzrə Xətai Rayon Polis İdarəsində araşdırma aparılır.

Paylaş:
619

Son xəbərlər

Bütün xəbərlər