Gömrükçülər kahı formasına salınmış külli miqdarda narkotik vasitə aşkar etdi - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Gömrükçülər kahı formasına salınmış külli miqdarda narkotik vasitə aşkar etdi - FOTO

Qafar Ağayev10:14 - 15 / 01 / 2024
Gömrükçülər kahı formasına salınmış külli miqdarda narkotik vasitə aşkar etdi - FOTO

Azərbaycandan tranzit keçməklə İran İslam Respublikasından Rusiya Federasiyasına tərəvəz yükü daşıyan nəqliyyat vasitəsində qeyri-adi üsullarla gizlədilən külli miqdarda narkotik vasitə aşkar edilib.

1news.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, yük nəqliyyat vasitəsi Astara Gömrük İdarəsində saxlanılıb və şifahi sorğu-sual zamanı sürücü üzərində, avtomobildə gömrük nəzarətindən gizlədilən, gömrük orqanınan bəyan edilməyən hər hansı predmetin olmadığını bildirib.

Stasionar rentgen qurğusunda aparılan yoxlama zamanı isə yükdə şübhəli cizgilər müşahidə olunub.

Bu zaman nəqliyyat vasitəsindəki 22 paletdə olan “kahı” yükünə kinoloji xidmət iti tətbiq edilməklə gömrük yoxlaması keçirilib.

Nəticədə paletlərdən birindəki 30 ədəd qablaşmada falqaya bükülərək kahı formasına salınmış, gömrük nəzarətindən gizlədilən germetik qablaşdırılmış 209 ədəd bağlamada külli miqdarda narkotik vasitələr aşkar edilib.

Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin rəyinə əsasən bağlamalarda xalis çəkisi 69 kq 970 qram narkotik vasitə - qurudulmuş marixuana və 20 kq 870 qram narkotik vasitə - həşiş qətranı olduğu müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.

Paylaş:
236

Son xəbərlər

COP29 çərçivəsində İqtisadiyyat Nazirliyi tərəfindən təşkil edilmiş tədbirlərBu gün, 18:52Azərbaycan və Türkiyə dəniz xüsusi təyinatlıları şərti düşmən arxasına helikopterdən enmə tapşırıqları yerinə yetiriblərBu gün, 17:51Bakı ilə Seul arasında birbaşa uçuşlar həyata keçiriləcəkBu gün, 17:44Milli Məclisin 29 noyabra olan gündəliyi açıqlanıb - SİYAHIBu gün, 17:41Bəzi ərazilərə qar yağır - FAKTİKİ HAVABu gün, 17:23Özbəkistan Baş Prokurorluğu Komil Allamjonova sui-qəsd cəhdi ilə bağlı cinayət işinin yeni təfərrüatlarını açıqlayıbBu gün, 17:12Nəsimi rayonunda qanunsuz tikilinin qarşısı alındıBu gün, 17:08Sabah bələdiyyə seçkilərinin tarixi elan ediləcəkBu gün, 16:52Sevinc Fətəliyeva: “Azərbaycan COP29-la beynəlxalq ictimaiyyətin inam və etimadını növbəti dəfə doğrultdu”Bu gün, 16:41“Araz-2024” birgə taktiki təliminə hazırlıq prosesi başa çatıb - FOTOBu gün, 16:34Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edibBu gün, 15:59Metroda qatarlar “Əhmədli” stansiyasına qədər hərəkət edəcək - “Həzi Aslanov” təmirə dayanırBu gün, 15:52Azərbaycanda daha 549 mənzil kirayə üsulu ilə satışa çıxarılacaqBu gün, 15:36Bakı metrosunun iş rejimində bir günlük dəyişiklik olacaqBu gün, 15:25Hikmət Hacıyev: “Politico” nəşri dezinformasiya yaymaqda davam edirBu gün, 15:18Xarici jurnalistlər Qala qoruğunda olublarBu gün, 14:32AMEA Yüksək Texnologiyalar Parkının adı dəyişdirilib - SƏRƏNCAMBu gün, 14:10Bakının rayonlarında qışa hazlıqla bağlı müşavirələr keçirilirBu gün, 14:01Elçin Məsiyev UEFA Konfrans Liqası matçının baş hakimi təyin olunubBu gün, 13:47Bakı Dairəvi avtomobil yoluna giriş-çıxış genişləndirildi - FOTO - VİDEOBu gün, 13:18
Bütün xəbərlər