TƏBİB son iki gündə müxtəlif travmalarla müraciət edənlərin sayı açıqladı | 1news.az | Xəbərlər
Cəmiyyət

TƏBİB son iki gündə müxtəlif travmalarla müraciət edənlərin sayı açıqladı

Qafar Ağayev10:55 - 15 / 01 / 2024
TƏBİB son iki gündə müxtəlif travmalarla müraciət edənlərin sayı açıqladı

Qarlı hava şəraiti ilə əlaqədar Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi gücləndirilmiş iş rejimində fəaliyyətini davam etdirib.

Bu barədə 1news.az-ın sorğusuna cavab olaraq Tibbi Ərazilərin İdarəetmə Birliyindən (TƏBİB) bildirib.

Qeyd olunub ki, Son 2 gün ərzində müraciətlərin sayında artım qeydə alınıb. 14-15 yanvar 2024-cü il tarixlərində hava şəraitinin kəskin dəyişməsi ilə əlaqədar müxtəlif travmalar səbəbilə 60 nəfər Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə müraciət edib.

Müxtəlif bədən xəsarətləri, xüsusilə aşağı ətrafların travması səbəbi ilə onlara ilk yardım göstədildikdən sonra hər biri profil üzrə xəstəxanalara təxliyə olunublar.

Paylaş:
269

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər