Bakıda sexin dağıntıları altından daha bir nəfərin cəsədi tapılıb, ölənlərin sayı 9-a çatıb - YENİLƏNİB | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda sexin dağıntıları altından daha bir nəfərin cəsədi tapılıb, ölənlərin sayı 9-a çatıb - YENİLƏNİB

16:56 - 16 / 01 / 2024
Bakıda sexin dağıntıları altından daha bir nəfərin cəsədi tapılıb, ölənlərin sayı 9-a çatıb - YENİLƏNİB

Bakı şəhəri, Binəqədi rayonu, A.Kunanbayev küçəsində yerləşən sexdə baş vermiş partlayış nəticəsində dağıntılar altında qalan daha bir nəfərin cəsədi tapılıb.

Bu barədə 1news.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, axtarış-xilasetmə əməliyyatı nəticəsində tapılan meyit aidiyyəti üzrə təhvil verilib.

Bununla da ölənlərin sayı 9 nəfərə çatıb.

14:57

Bakı şəhəri, Binəqədi rayonu, A.Kunanbayev küçəsində yerləşən sexdə baş vermiş partlayış nəticəsində dağıntılar altında qalan daha bir nəfərin cəsədi tapılıb.

Bu barədə 1news.az-a Fövqəladə Hallar Nazirliyindən bildirilib.

Bununla da ölənlərin sayı 8 nəfərə çatıb.

Hazırda axtarış-xilasetmə əməliyyatı davam etdirilir.

Qeyd edək ki, hadisə yanvarın 15-də baş verib. Nəticədə 3-ü sağ çıxarılmaqla, ümumilikdə 24 nəfər xəsarət alıb. Ötən gün 7 nəfərin cəsədi tapılaraq aidiyyəti üzrə təhvil verilmişdi.

Paylaş:
639

Son xəbərlər

Bütün xəbərlər