Bakıda bir neçə əsas küçədə sıxlıqla bağlı işıqfor rejimində dəyişiklik edilib
Paytaxtın Rəşid Behbudov və Süleyman Rəhimov küçələrinin, həm də Süleyman Rəhimov küçəsi ilə Azadlıq prospektinin kəsişməsində günün pik saatlarında yaranan avtomobil sıxlığını azaltmaq məqsədilə tədbirlər görülüb.
Bu barədə 1news.az-a Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən bildirilib. Məlumata görə, bu məqsədlə NİİM tərəfindən qeyd olunan yolayrıcında svetoforun iş rejimində dəyişiklik edilib. Bununla yolda hərəkətin intensivliyi artırılıb və bu məqsədlə tətbiq edilən “yaşıl dalğa” rejiminin sayı da azaldılıb. Ümumilikdə görülən tədbirlər nəticəsində həmin kəsişmələrdə sürücülərin rahat hərəkəti təmin edilib.
142