Nazir müavini: Ötən il 1,9 milyon vətəndaşı əhatə edən sosial paket icra olunu
“Prezident cənab İlham Əliyevin imzaladığı fərman və sərəncamlarla 2023-cü ildə son 5 ildə sayca 4-cü sosial paket həyata keçirilib.
Bu sosial paket 1,9 milyon vətəndaşı əhatə edib və ayrılan illik əlavə maliyyə 750 milyon manat təşkil edib” .
1news.az xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev nazirliyin ötən ilki fəaliyyətinə həsr olunmuş mətbuat konfransında deyib.
Nazir müavini bildirib ki, Minimum əməkhaqqı, minimum pensiya məbləğlərinin, dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışanların aylıq vəzifə maaşlarının, bir çox müavinət və təqaüdlərin, həmçinin digər sosial ödənişlərin məbləğlərinin əhəmiyyətli dərəcədə artırılıb.
159