Anar Əliyev: “Ötən il 50700 şəxsə əlillik təyinatı aparılıb”
“Hər il olduğu kimi 2023-cü ildə əlilliyi olan şəxslərə dəstək tədbirləri davam etdirilib”.
1news.az xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev nazirliyin ötən ilki fəaliyyətinə həsr olunmuş mətbuat konfransında deyib.
A.Əliyev qeyd edib ki, hesabat dövründə 50,7 min şəxsə əlillik təyinatı aparılıb, 87,7 min şəxsə reabilitasiya xidməti göstərilib, 91,4 min reabilitasiya vasitəsi təqdim edilib.
“Nazirliyin 13 sosial xidmət müəssisəsi tərəfindən həssas əhali qruplarından olan 2900-dək şəxsə sosial xidmət, 6100 şəxsə səyyar sosial məişət xidməti göstərilib.
DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində 180-dən çox benefisiar 14 yaradıcılıq istiqaməti üzrə təlimlərdə iştirak edərək bacarıq və qabiliyyətlərini inkişaf etdirib” .