Azərbaycan sərhədini pozmağa çalışan Pakistan vətəndaşları saxlanılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycan sərhədini pozmağa çalışan Pakistan vətəndaşları saxlanılıb

14:55 - 18 / 01 / 2024
Azərbaycan sərhədini pozmağa çalışan Pakistan vətəndaşları saxlanılıb

Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Xudat” sərhəd dəstəsinin xidməti ərazisində Azərbaycandan Rusiya istiqamətində dövlət sərhədini pozmağa cəhd göstərən Pakistan vətəndaşları 1998-ci il təvəllüdlü Wali Noor Khan və 2001-ci il təvəllüdlü Wahab Abdul Tauzeel saxlanılıblar.

Bu barədə 1news.az-a DSX-dən məlumat verilib.

Araşdırma əməliyyat-istintaq tədbirləri nəticəsində saxlanılan şəxslərin ölkə ərazisinə rəsmi qaydada gəldikləri, dövlət sərhədini pozaraq qeyri-qanuni yollarla miqrasiya etmək niyyətində olduqları müəyyən edilib.

Fakt üzrə araşdırma tədbirləri davam etdirilir.

Paylaş:
262

Son xəbərlər

Bütün xəbərlər