Abşeronda bir nəfər bıçaqlanaraq qətlə yetirilib, qayınatası saxlanılıb - YENİLƏNİB 1 | 1news.az | Xəbərlər
Cəmiyyət

Abşeronda bir nəfər bıçaqlanaraq qətlə yetirilib, qayınatası saxlanılıb - YENİLƏNİB 1

17:33 - 18 / 01 / 2024
Abşeronda bir nəfər bıçaqlanaraq qətlə yetirilib, qayınatası saxlanılıb - YENİLƏNİB 1

Yanvarın 18-i saat 14 radələrində 1989-cu il təvəllüdlü Elvin Ələkbərovun Saray qəsəbəsi ərazisində öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Bu barədə 1news.az-a Abşeron Rayon Prokurorluğundan məlumat verilib.

Aparılan araşdırma zamanı 1975-ci il təvəllüdlü Tayır Tayırovun aralarında yaranmış mübahisə zamanı qohumu Elvin Ələkbərova bıçaqla xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb, Tayır Tayırov könüllü olaraq istintaqa təslim olub və iş üzrə şübhəli şəxs qismində tutulub.

Hazırda cinayət işi üzrə ibtidai istintaq davam edir.

16:19

Saray qəsəbəsində 35 yaşlı kişinin qətlinə görə cinayət əməlini törətməkdə şübhəli bilinən, onun qayınatası 1975-ci il təvəllüdlü Tayırov Tayır İdayət oğlu saxlanılıb.

1news.az xəbər verir ki, bu barədə DİN-dən bildirilib.

Araşdırma aparılır.

16:02

Yanvarın 18-də Abşeron rayonu Saray qəsəbəsində 1989-cu il təvəllüdlü Ələkbərov Elvin Seyidpirəli oğlunun kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.

Bu barədə 1news.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, polis əməkdaşları cinayət əməlini törətməkdə şübhəli bilinən şəxsin saxlanılması istiqamətində tədbirlər görürlər.

Əlavə məlumat veriləcək.

Paylaş:
752

Son xəbərlər

Bütün xəbərlər