ANAMA növbəti mərhələdə Füzuli şəhərinə köçən 30 ailəyə təlim keçib - FOTO
İşğaldan azad edilən Füzuli şəhərinə növbəti mərhələdə köç edən 30 ailəyə Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən partlayıcı sursatların təhlükəsinə dair maarifləndirmə təlimi keçirilib.
1news.az xəbər verir ki, bu barədə ANAMA-nın feysbuk hesabında paylaşım edilib.
Bildirilib ki, sakinlərə mina təhlükəsi barədə məlumatlar verilib, əsas təhlükəsizlik mesajlarını əks etdirən müxtəlif növ xəbərdaredici və maarifləndirici çap materialları paylanılıb. Habelə, təhlükəsizlik qaydalarına riayət etməyə, diqqətli və məsuliyyətli olmağa dair vətəndaşlara çağırışlar edilib.
261