Şuşa - “İslam dünyasının mədəniyyət paytaxtı”nın açılış mərasimi keçiriləcək | 1news.az | Xəbərlər
Mədəniyyət

Şuşa - “İslam dünyasının mədəniyyət paytaxtı”nın açılış mərasimi keçiriləcək

Qafar Ağayev17:57 - 18 / 01 / 2024
Şuşa - “İslam dünyasının mədəniyyət paytaxtı”nın açılış mərasimi keçiriləcək

“İslam dünyasının mədəniyyət paytaxtı” elan edilən Şuşa şəhərində “paytaxt ili”nin açılış mərasimi keçiriləcək

Mədəniyyət Nazirliyindən 1news.az-a verilən məlumata görə, bu barədə Səudiyyə Ərəbistanı Krallığının Ciddə şəhərində İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) Milli komissiyaları baş katiblərinin II Məşvərət görüşü və təşkilatın İcraiyyə Şurasının 44-cü sessiyasında müzakirə aparılıb.

Tədbirlərdə nazirlər, səfirlər, üzv dövlətlərin nümayəndələri, regional və beynəlxalq təşkilatların nümayəndələri iştirak ediblər.

Məşvərət görüşündə 3 fəaliyyət üzrə üzv dövlətlərin nümayəndələri ilə ICESCO komandası arasında fikir mübadiləsi aparılıb və yaradıcı ideyalar irəli sürülüb.

Bildirilib ki, iclasın nəticələri təşkilatın qarşıdakı illər üçün fəaliyyət planlarının, xüsusilə etik liderlik, insan resurslarına sərmayə, idarəetmə və innovasiya mədəniyyəti ilə bağlı fəaliyyət planlarının hazırlanması üçün əsas rol oynayacaq, üzv ölkələr arasında əməkdaşlığın təşviq edilməsinə imkan yaradacaq.

“ICESCO-nun gələcəyini bizimlə formalaşdırın” mövzusunda keçirilən ilk tədbir iştirakçılar üçün etik liderlik, insan resurslarına investisiya, innovasiya mədəniyyəti və ağıllı xidmətlər üzrə innovativ təşəbbüslərin ideya və təkliflərini təqdim etmək imkanı olub.

“ICESCO strategiyasında innovasiya” adlanan ikinci tədbir ideyalar, məlumat mübadiləsi, potensialın yaradılması və siyasətin formalaşmasında əməkdaşlığın genişləndirilməsi üzrə təşəbbüslər üçün ideyaların yaradılmasına həsr olunub.

Üçüncü fəaliyyət isə üzv dövlətlərin ev sahibliyi edəcəyi əsas qlobal tədbirləri, xüsusən də “Riyad Expo – 2030”, UNESCO-nun Özbəkistandakı Baş Konfransı, Azərbaycanda COP29-u əhatə edib.

Azərbaycanda keçiriləcək COP29-a dair tədbir iştirakçılarına məlumat verilib və COP29-un beynəlxalq layihələrin və təşəbbüslərin qlobal təqdimatı üçün yaxşı platforma olduğu diqqətə çatdırılıb. COP29 çərçivəsində həyata keçirilməsi üçün müvafiq sahələr üzrə komandalar tərəfindən yeni ideyalar da irəli sürülüb.

Məşvərət görüşü öz işini ICESCO-nun baş direktoru Salim bin Məhəmməd əl-Malik və Milli Komissiya üzvləri arasında müzakirə sessiyası ilə yekunlaşdırıb.

Yanvarın 17-də gerçəkləşən İcraiyyə Şurasının iclasında təşkilatın 2023-cü ildə fəaliyyətinə dair hesabat, 2022-ci il üzrə maliyyə hesabatı, 2022-ci ildə üzv ölkələr tərəfindən ICESCO-ya edilən maliyyə töhfələrinə dair hesabat dinlənilib, İslam Dünyasının Süni İntellekt üzrə Nizamnaməsi, ICESCO-nun kadrlar və maliyyə qaydalarına dair sənədi, İcraiyyə Şurasının 45-ci sessiyasının keçiriləcəyi yerə dair məsələlər müzakirə edilib.

İclasda Azərbaycanın da təmsil olunduğu ICESCO-nun Maliyyə Nəzarəti Komitəsinin üzv ölkələrinin komitəyə üzvlük müddətinin uzadılması barədə qərar qəbul edilib.

Təşkilatın 2024 – 2025-ci illər üzrə Fəaliyyət Planı və büdcəsi təsdiq olunub. İclasda Azərbaycan nümayəndəsi çıxış edərək tədbirlərə yüksək səviyyədə ev sahibliyi etdiyinə və qonaqpərvərliyə görə Səudiyyə Ərəbistanı Krallığına, krallığın Mədəniyyət Nazirliyinə və ICESCO-ya təşəkkürünü bildirib.

Bu ilin beynəlxalq tədbirlərin keçirilməsi və ICESCO ilə əməkdaşlıq baxımından Azərbaycan üçün önəmli il olduğu diqqətə çatdırılıb. Qeyd edilib ki, 2024-cü il üçün “İslam dünyasının mədəniyyət paytaxtı” elan edilmiş Şuşa şəhərində “paytaxt ili”nin açılış mərasimi keçiriləcək və il ərzində çoxlu sayda tədbirlər təşkil olunacaq. Şuşanın mədəniyyət paytaxtı elan edilməsinə görə bir daha ICESCO və üzv ölkələrə təşəkkür edilib və onlar Şuşada keçiriləcək tədbirlərə dəvət olunublar.

Paylaş:
467

Son xəbərlər

COP29 çərçivəsində İqtisadiyyat Nazirliyi tərəfindən təşkil edilmiş tədbirlərBu gün, 18:52Azərbaycan və Türkiyə dəniz xüsusi təyinatlıları şərti düşmən arxasına helikopterdən enmə tapşırıqları yerinə yetiriblərBu gün, 17:51Bakı ilə Seul arasında birbaşa uçuşlar həyata keçiriləcəkBu gün, 17:44Milli Məclisin 29 noyabra olan gündəliyi açıqlanıb - SİYAHIBu gün, 17:41Bəzi ərazilərə qar yağır - FAKTİKİ HAVABu gün, 17:23Özbəkistan Baş Prokurorluğu Komil Allamjonova sui-qəsd cəhdi ilə bağlı cinayət işinin yeni təfərrüatlarını açıqlayıbBu gün, 17:12Nəsimi rayonunda qanunsuz tikilinin qarşısı alındıBu gün, 17:08Sabah bələdiyyə seçkilərinin tarixi elan ediləcəkBu gün, 16:52Sevinc Fətəliyeva: “Azərbaycan COP29-la beynəlxalq ictimaiyyətin inam və etimadını növbəti dəfə doğrultdu”Bu gün, 16:41“Araz-2024” birgə taktiki təliminə hazırlıq prosesi başa çatıb - FOTOBu gün, 16:34Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edibBu gün, 15:59Metroda qatarlar “Əhmədli” stansiyasına qədər hərəkət edəcək - “Həzi Aslanov” təmirə dayanırBu gün, 15:52Azərbaycanda daha 549 mənzil kirayə üsulu ilə satışa çıxarılacaqBu gün, 15:36Bakı metrosunun iş rejimində bir günlük dəyişiklik olacaqBu gün, 15:25Hikmət Hacıyev: “Politico” nəşri dezinformasiya yaymaqda davam edirBu gün, 15:18Xarici jurnalistlər Qala qoruğunda olublarBu gün, 14:32AMEA Yüksək Texnologiyalar Parkının adı dəyişdirilib - SƏRƏNCAMBu gün, 14:10Bakının rayonlarında qışa hazlıqla bağlı müşavirələr keçirilirBu gün, 14:01Elçin Məsiyev UEFA Konfrans Liqası matçının baş hakimi təyin olunubBu gün, 13:47Bakı Dairəvi avtomobil yoluna giriş-çıxış genişləndirildi - FOTO - VİDEOBu gün, 13:18
Bütün xəbərlər