FHN Sumqayıt Dövlət Texniki Kollecinin korpusunda yanğınla bağlı məlumat yayıb | 1news.az | Xəbərlər
Cəmiyyət

FHN Sumqayıt Dövlət Texniki Kollecinin korpusunda yanğınla bağlı məlumat yayıb

Qafar Ağayev10:03 - 18 / 01 / 2024
FHN Sumqayıt Dövlət Texniki Kollecinin korpusunda yanğınla bağlı məlumat yayıb

Xəbər verildiyi kimi, Sumqayıt şəhəri, 22-ci məhəllədə yerləşən Sumqayıt Dövlət Texniki Kollecinin korpusunda baş verən yanğın Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən söndürülüb.

Nazirlikdən 1news.az-a verilən xəbərə görə, yanğın nəticəsində hər mərtəbəsi 512m² olmaqla ümumi sahəsi 1024m² olan ikimərtəbəli binanın 2-ci mərtəbəsində 6 otağın yanar konstruksiyaları 200m² sahədə və dam örtüyünün yanar konstruksiyaları yanıb.

Binanın böyük hissəsi, bitişik olan korpusu və yaxınlıqdakı evlər yanğından mühafizə olunub.

Təhlükəsizlik tədbirləri çərçivəsində 8 nəfər sakinin təxliyəsi həyata keçirilib.

Paylaş:
348

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər