DİN: Ötən gün polis əməkdaşları tərəfindən ölkə ərazində 10 avtomat götürülüb | 1news.az | Xəbərlər
Cəmiyyət

DİN: Ötən gün polis əməkdaşları tərəfindən ölkə ərazində 10 avtomat götürülüb

10:36 - 18 / 01 / 2024
DİN: Ötən gün polis əməkdaşları tərəfindən ölkə ərazində 10 avtomat götürülüb

Yanvarın 17-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 7 ədəd avtomat, 17 ədəd müxtəlif markalı tüfəng, 10 ədəd patron darağı və 675 ədəd müxtəlif çaplı patron təhvil götürüblər.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, ötən gün polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə qanunsuz saxlanılan 2 ədəd avtomat, 3 ədəd tapança, 3 ədəd müxtəlif markalı tüfəng, 5 ədəd patron darağı və 110 ədəd müxtəlif çaplı patron aşkar edilərək götürülüb.

Polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktiki tədbirləri davam etdirir.

Paylaş:
437

Son xəbərlər

Bütün xəbərlər