Siyandan İstanbula uçan təyyarə Bakı hava limanına təcili eniş edib | 1news.az | Xəbərlər
Cəmiyyət

Siyandan İstanbula uçan təyyarə Bakı hava limanına təcili eniş edib

Qafar Ağayev08:14 - 19 / 01 / 2024
Siyandan İstanbula uçan təyyarə Bakı hava limanına təcili eniş edib

“National Airlines” aviaşirkətinin Siyan-İstanbul reysini həyata keçirən hava gəmisinin kapitanı texniki səbəbdən Heydər Əliyev Beynəlxalq Aeroportuna təcili eniş sorğusu göndərib.

Bu barədə 1news.az-a Heydər Əliyev Beynəlxalq Aeroportunun mətbuat xidmətindən bildirilib.

Məlumata görə, ABŞ aviadaşıyıcısının təyyarəsi yerli vaxtla saat 07:23-də Bakı hava limanına təhlükəsiz eniş edib.

Hazırda yaranmış texniki nasazlığın aradan qaldırılması məqsədilə bütün lazımi tədbirlər görülür.

Paylaş:
362

Son xəbərlər

Bütün xəbərlər