Bakıda mənzildən 23 min manat pul oğurlandı, saxlanılan var | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda mənzildən 23 min manat pul oğurlandı, saxlanılan var

Qafar Ağayev10:48 - 19 / 01 / 2024
Bakıda mənzildən 23 min manat pul oğurlandı, saxlanılan var

Bakıda mənzildən 23 min manat pul oğurlanıb.

1news.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Belə ki, yanvarın 12-də Nəsimi rayonu ərazisində mənzillərin birindən 23 000 manat pulun oğurlanması barədə polisə məlumat daxil olub.

Bakı Şəhər Baş Polis İdarəsi və Nəsimi RPİ 19-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Ramil Qəhrəmanov müəyyən olunaraq saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Paylaş:
387

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər