Binəqədidə qanunsuz tikinti işlərinin qarşısı alınıb - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Binəqədidə qanunsuz tikinti işlərinin qarşısı alınıb - VİDEO

Qafar Ağayev10:56 - 19 / 01 / 2024
Binəqədidə qanunsuz tikinti işlərinin qarşısı alınıb - VİDEO

Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən səlahiyyətlərinə uyğun olaraq respublika ərazisində qanunsuz tikintilərlə bağlı müvafiq tədbirlərin həyata keçirilməsi davam etdirilir.

1news.az FHN-ə istinadən xəbər verir ki, bu çərçivədə, Bakı şəhəri, Binəqədi rayonunun Süleyman Sani Axundov küçəsində yaşayış binasının 1-ci mərtəbəsində yerləşən mövcud qeyri-yaşayış sahəsinin ön hisəssində və Biləcəri qəsəbəsi ərazisində avtoservisin həyətində qanunsuz olaraq tikinti işlərinin aparılması faktları aşkar edilib.

FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və Binəqədi Rayon İcra Hakimiyyətinin nümayəndələrinin iştirakı ilə həyata keçirilən tədbirlər nəticəsində qanunsuz quraşdırlan metal konsturuksiyalar sökülüb.

Paylaş:
427

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər