Prokurorluq əməkdaşları Şəhidlər xiyabanını ziyarət edib | 1news.az | Xəbərlər
Cəmiyyət

Prokurorluq əməkdaşları Şəhidlər xiyabanını ziyarət edib

13:06 - 20 / 01 / 2024
Prokurorluq əməkdaşları Şəhidlər xiyabanını ziyarət edib

20 Yanvar faciəsinin 34-cü ildönümü ilə əlaqədar prokurorluq əməkdaşları Şəhidlər xiyabanını ziyarət edib.

Bu barədə 1news.az-a Baş Prokurorluqdan bildirilib.

Qeyd edilib ki, Azərbaycan Respublikasının Baş Prokurorluğunun rəhbərliyi və kollektivi 20 Yanvar faciəsinin 34-cü ildönümü ilə əlaqədar Şəhidlər xiyabanını ziyarət edib.

Prokurorluq əməkdaşları şəhidlərimizin məzarları üzərinə gül dəstələri qoyub, ölkəmizin azadlığı uğrunda həlak olanların xatirəsini hörmət və ehtiramla yad edib.

Paylaş:
416

Son xəbərlər

Bütün xəbərlər