Ötən gün Azərbaycanda 30 kiloqramdan çox narkotik vasitə aşkarlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Ötən gün Azərbaycanda 30 kiloqramdan çox narkotik vasitə aşkarlanıb

11:17 - 20 / 01 / 2024
Ötən gün Azərbaycanda 30 kiloqramdan çox narkotik vasitə aşkarlanıb

Polis əməkdaşlarının yanvarın 19-da respublika ərazisində keçirdikləri əməliyyat tədbirləri ilə ümumi çəkisi 30,4 kiloqram narkotik vasitə aşkar olunaraq götürülüb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 22 kiloqramdan çox marixuana, 4,1 kiloqramdan artıq heroin, 2,2 kiloqramdan artıq tiryək, 1 kiloqram həşiş, 960 qram metamfetamin və 391 ədəd metadon və tramadol həbləri olub.

Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.

Paylaş:
168

Son xəbərlər

Bütün xəbərlər