Azərbaycan Ordusunda Mühəndis təminatı üzrə tədbirlərin icrası davam etdirilir - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycan Ordusunda Mühəndis təminatı üzrə tədbirlərin icrası davam etdirilir - FOTO

Qafar Ağayev15:13 - 22 / 01 / 2024
Azərbaycan Ordusunda Mühəndis təminatı üzrə tədbirlərin icrası davam etdirilir - FOTO

Azərbaycan Ordusunun çətin relyefli, sərt iqlim və dağlıq ərazilərdə dislokasiya olunan bölmələrində xidməti-döyüş fəaliyyəti yüksək səviyyədə təşkil olunub.

1news.az xəbər verir ki, mühəndis bölmələri tərəfindən təminat yollarının, rabitə və kommunikasiya xətlərinin daima işlək vəziyyətdə saxlanması üçün zəruri tədbirlər həyata keçirilir.

Şəxsi heyətin və avtomobil kolonlarının təhlükəsizliyi üçün hərəkət məhdudlaşdırılıb, təminat yollarının qardan təmizlənməsi növbəli şəkildə icra olunur.

Qeyd edək ki, mühəndis təminatı üzrə zəruri tədbirlər plana uyğun olaraq digər dövlət qurumları ilə qarşılıqlı əlaqədə davam etdirilir.

Paylaş:
429

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər