Son iki gündə ölkədə 45 kiloqrama yaxın narkotik vasitə aşkarlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Son iki gündə ölkədə 45 kiloqrama yaxın narkotik vasitə aşkarlanıb

10:27 - 22 / 01 / 2024
Son iki gündə ölkədə 45 kiloqrama yaxın narkotik vasitə aşkarlanıb

Polis əməkdaşlarının 20-21 yanvar tarixlərində respublika ərazisində keçirdikləri əməliyyat tədbirləri ilə ümumi çəkisi 45 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb.

Bu barədə 1news.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr, 7,2 kiloqramdan çox heroin, 37 kiloqrama yaxın marixuana, 180 qrama yaxın tiryək, 750 qram metamfetamin və 825 ədəd metadon həbi olub.

Bu istiqamətdə mübarizə tədbirləri davam etdirilir.

Paylaş:
339

Son xəbərlər

Bütün xəbərlər