Bərdə sakininin narkotik vasitənin təsiri altında avtomobil idarə etməsi müəyyənləşdirilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Bərdə sakininin narkotik vasitənin təsiri altında avtomobil idarə etməsi müəyyənləşdirilib

12:05 - 22 / 01 / 2024
Bərdə sakininin narkotik vasitənin təsiri altında avtomobil idarə etməsi müəyyənləşdirilib

Yanvarın 19-da Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən Hacıqabul rayonu ərazisindəki postda “Hyundai” markalı avtomobil nəzarət qaydasında saxlanılıb.

İdarədən 1news.az-a bildiriblər ki, sürücü, Bərdə rayon sakini Ruslan Hacızadənin narkotik vasitənin təsiri altında avtomobil idarə etməsi müəyyənləşdirildiyindən onun barəsində inzibati protokol tərtib edilib. Avtomobildəki sərnişinlər, həmyerliləri İlham Cəfərov və Kərim Qədimovla birgə Hacıqabul Rayon Polis Şöbəsinə təhvil veriliblər.

K.Qədimovdan 10 qramdan çox metamfetamin aşkarlanaraq götürülüb.

Paylaş:
174

Son xəbərlər

Bütün xəbərlər