Bakı şəhər DYP sürücülərə müraciət edib
Qeyri-sabit hava şəraitinin paytaxt yollarında xoşagəlməz hadisələrə səbəb olmaması üçün hərəkət iştirakçılarına müraciət edərək onları ehtiyatlı olmağa, yolların sürüşkənliyini nəzərə alaraq sürət həddini minimuma endirməyə, ara məsafəsini normadan artıq saxlamağa, nəqliyyat vasitələrinin texniki sazlığına diqqət yetirməyə çağırırıq.
1news.az xəbər verir ki, bu barədə Bakı şəhər DYP İdarəsinin mövcud hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına müraciətində deyilir.
"Bununla yanaşı, piyadalardan da əlverişsiz hava şəraitinin yaratdığı çətinlikləri nəzərə alaraq, yollarda öz həyat və sağlamlıqlarına qarşı daha diqqətli olmalarını, yol hərəkəti qaydalarına sözsüz əməl etmələrini xahiş edirik" - məlumatda qeyd olunur.
195