Gəncədə məktəbin önündə şagirdi bıçaqlayıb öldürən şəxs tutulub | 1news.az | Xəbərlər
Cəmiyyət

Gəncədə məktəbin önündə şagirdi bıçaqlayıb öldürən şəxs tutulub

11:20 - 23 / 01 / 2024
Gəncədə məktəbin önündə şagirdi bıçaqlayıb öldürən şəxs tutulub

Gəncə Şəhər Baş Polis İdarəsinə şəhər sakini, 2007-ci il təvəllüdlü R. Rəhimovun kəsici-deşici alətlə xəsarət alması və həmin xəsarətdən ölməsi barədə məlumat daxil olub.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis kapitanı Eşqin Qasımov 1news.az-a bildirib ki, məlumat ilə bağlı Gəncə Şəhər Baş Polis İdarəsinin və Şəhər Prokurorluğunun əməkdaşları hadisə yerinə gələrək müvafiq araşdırmalar həyata keçirib. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən, 2007-ci il təvəllüdlü F. Şabanov saxlanılaraq istintaqa təqdim edilib. Faktla bağlı araşdırmalar davam etdirilir

Paylaş:
190

Son xəbərlər

Bütün xəbərlər