Yeni tədris dövrünə hazırlıq prosesi davam edir - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Yeni tədris dövrünə hazırlıq prosesi davam edir - VİDEO

Qafar Ağayev09:37 - 24 / 01 / 2024
Yeni tədris dövrünə hazırlıq prosesi davam edir - VİDEO

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi 2024-cü ilin hazırlıq planına uyğun olaraq, Azərbaycan Ordusunun qoşun növləri, birlik, birləşmə və hərbi hissələrində yeni tədris dövrünə hazırlıq prosesi davam edir.

1news.az xəbər verir ki, yeni tədris dövrünə hazırlıq prosesi ilə əlaqədar hərbi hissələrdə sıra baxışları keçirilir, maddi-tədris bazaları, təlim şəhərcikləri, döyüş texnikası və silahlar, eləcə də şəxsi heyətin təchizatı yoxlanılır.

Bundan başqa, rəhbəredici və digər normativ sənədlərin tələblərinin icrası, tədris vəsaitlərinin mövcudluğu və tətbiqi yoxlanılır.

Paylaş:
309

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər