Bakıda şagirlərə qarşı kobud davranan müəllimə töhmət verilib - VİDEO
Bakıda şagirdə qarşı kobud davranan müəllimə töhmət verilib.
Bu barədə 1news.az-ın sorğusuna cavab olaraq 317 nömrəli tam orta məktəbdən məlumat verilib.
Qeyd olunub ki, ötən ilin noyabr ayında məktəbin 1b sinfinin rəhbəri dərs zamanı şagirdlərin nəticələrini valideynə göstərmək məqsədilə telefonla videogörüntü çəkib: "Görüntülər zamanı müəllimin şagirdə qarşı uyğunsuz davranışı nümayiş olunub. Məktəb rəhbərliyi tərəfindən müəllimlə söhbət zamanı o etdiyi əməli etiraf edib. Müəllimin izahatı alınıb, Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinə əsasən, intizam tənbehi kimi ona töhmət verilib. Məsələ ilə bağlı məktəb rəhbərliyi tərəfindən şagird və valideynlərlə, həmçinin psixoloq tərəfindən şagirdlə söhbət aparılıb. Artıq son iki aydır şagirdlər müəllimləri ilə birlikdə dərslərdə iştirak edirlər, valideynlərdən hər hansı rəsmi şikayət daxil olmayıb".
Qeyd edək ki, 317 saylı orta məktəbin müəllimin 1-ci sinif şagirdləri ilə kobud davranışı ilə bağlı sosial şəbəkələrdə görüntülər yayılıb. Həmin görüntüləri təqdim edirik: