Ötən gün ölkə ərazisində 42 kq-dan çox narkotik aşkarlanıb
Polis əməkdaşlarının yanvarın 24-də respublika ərazisində keçirdikləri əməliyyat tədbirləri ilə ümumi çəkisi 42,6 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb.
Bu barədə 1news.az-a Daxili İşlər Nazirliyindən bildirilib.
Qeyd edilib ki, qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr 42 kiloqrama yaxın marixuana, 400 qrama yaxın heroin, 290 qramdan çox metamfetamin və 3034 ədəd metadon həbi olub.
Bu istiqamətdə mübarizə tədbirləri davam etdirilir.
160