FHN xilasetmə əməliyyatı görüntüləri yayıb | 1news.az | Xəbərlər
Cəmiyyət

FHN xilasetmə əməliyyatı görüntüləri yayıb

12:00 - 25 / 01 / 2024
FHN xilasetmə əməliyyatı görüntüləri yayıb

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərinin Xətai rayonunda 1 nəfərin mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

FHN-in Mətbuat xidmətindən 1news.az-a verilən xəbərə görə, məlumatla əlaqədar FHN-nin Bakı Regional Mərkəzinin xilasediciləri çağırış üzrə cəlb olunub.

Xilasedicilər alpinist ləvazimatlarının köməyi ilə doqquzmərtəbəli yaşayış binasının 7-ci mərtəbəsində yerləşən mənzilə eyvandan daxil olaraq 1934-cü il təvəllüdlü G.Cabbarovanı xilas ediblər.

Paylaş:
337

Son xəbərlər

Bütün xəbərlər