2023-cü ildə 1037 km içməli su xətləri çəkilib
2023-cü ildə Azərbaycanda görülmüş işlər nəticəsində 71 mindən çox abonent ilk dəfə mərkəzləşdirilmiş qaydada içməli su ilə təmin olunub.
1news.az bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə istinadən xəbər verir.
Məlumata görə, Prezident İlham Əliyevin istehlakçıların içməli su təchizatının yaxşılaşdırılması və tullantı sularının axıdılması xidmətləri ilə təmin olunması barədə tapşırıqlarına uyğun olaraq ötən il Abşeron yarımadası və regionlarda, xüsusilə işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı tədbirlər həyata keçirilib.
2023-cü ildə Laçın şəhərinin yeni içməli və tullantı su şəbəkələri istismara verilib, Füzuli şəhərində yeni layihənin icrasına başlanılıb. Şuşa şəhərinin içməli su təminatında dayanıqlığın artırılması məqsədilə Zarıslıçay nasos stansiyasının və mərkəzi su anbarının inşası başa çatıb.
Ötən il Qazax şəhərinin içməli və tullantı su sistemləri istismara verilib, Yevlax və Balakən şəhərlərində layihələrin ilkin mərhələsi üzrə işlər yekunlaşıb. Eyni zamanda Gəncə, Mingəçevir, Şəki, Şirvan, Salyan, Neftçala şəhərlərində içməli və tullantı su şəbəkələrinin tikintisi davam etdirilib.
Neftçala şəhərinin və ətraf kəndlərin keyfiyyətli içməli su ilə təmin olunması məqsədilə Şirvan-Muğan qrup su kəmərindən Neftçala rayonuna 38 km uzunluğunda ikinci magistral su kəməri çəkilərək istismara verilib. Neftçala rayonunun 11, Salyan rayonunun 6 kəndinin içməli su təchizatının yaxşılaşdırılması məqsədilə Şirvan-Muğan qrup su kəmərindən 3-cü magistral su kəmərinin inşasına başlanılıb. Ötən il kənd və qəsəbələrin içməli su təchizatının yaxşılaşdırılması məqsədilə İsmayıllı rayonunun 9, Hacıqabul rayonunun 8, Tovuz rayonunun 7, Qazax rayonunun 3, Ağstafa rayonunun 3 kəndində layihələr icra olunub.
2023-cü ildə Bakıətrafı kənd və qəsəbələrdə içməli və tullantı su şəbəkələrinin, Pirşağı Tullantı Sutəmizləyici Qurğusunun kollektorlarının tikintisi davam etdirilib.
Ümumilikdə 2023-cü ildə 1 içməli və 5 tullantı sutəmizləyici qurğu, 4 suqəbuledici qurğu, 6 əks-osmos qurğusu, 30 su anbarı, 12 su və kanalizasiya nasos stansiyası inşa olunub. Eyni zamanda 1037 km içməli, 179 km tullantı su xətləri çəkilib, 26 subartezian quyusu qazılı