696 bal ilə universitetə qəbul olmuşdu, dəm qazından boğuldu - FOTO
ADA-nın tələbəsi dəm qazından boğulub.
1news.az “Azərbaycan Universitetləri” səhifəsinə istinadən xəbər verir ki, 2019-cu ildə qəbul imtahanlarında 696 bal toplayaraq III qrup üzrə ölkə birincisi olan ADA Universitetinin Hüquq fakültəsinin IV kurs tələbəsi, Prezident təqaüdçüsü Sərxan Həsənov bu gecə dəm qazından dünyasını dəyişib. Bildirilib ki, Sərxan ABŞ-də təcrübə keçən tələbələrdən olub. O, xarici məhkəmələrin metodikasını öyrənirdi.
Hadisə Sərxan Həsənovun yaşadığı Bakı şəhəri, Nərimanov rayonu Böyükşor qəsəbəsi PY UA 38/10 ünvanında baş verib. Araşdırma aparılır.
448