Himayədar valideyn olmaq istəyənlər üçün hüquqi prosedur müəyyənləşib | 1news.az | Xəbərlər
Cəmiyyət

Himayədar valideyn olmaq istəyənlər üçün hüquqi prosedur müəyyənləşib

13:47 - 27 / 01 / 2024
Himayədar valideyn olmaq istəyənlər üçün hüquqi prosedur müəyyənləşib

Nazirlər Kabineti “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”da dəyişiklik edib.

1news.az xəbər verir ki, dəyişikliyə əsasən, valideyn himayəsindən məhrum olmuş uşaqlara himayədar valideyn olmaq istəyənlər üçün hüquqi prosedur müəyyənləşib.

Başqa sözlə, indiyə qədər qüvvədə olan qərara əsasən, valideyn himayəsindən məhrum olmuş uşaqları övladlığa götürməyi arzu edən şəxslərin (valideyn-namizəd) övladlığa uşaq götürmək barədə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ünvanladığı ərizə notarial qaydada təsdiq edildikdən sonra Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 fevral tarixli 946 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Valideyn himayəsindən məhrum olmuş uşaqların övladlığa götürülməsi, o cümlədən Azərbaycan Respublikasının vətəndaşı olan uşaqların əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən övladlığa götürülməsi Qaydası”na müvafiq olaraq “Elektron notariat” informasiya sistemi vasitəsilə “Valideyn himayəsindən məhrum olmuş uşaqlar və övladlığagötürmə” altsisteminə ötürülüb. Valideyn-namizədin ərizədə qeyd etdiyi məlumatlarda, o cümlədən ailə tərkibində, eləcə də onların faktiki yaşadığı ünvanda dəyişiklik olduqda, valideyn-namizədin məlumatlar yenilənməklə yeni ərizəsi notarial qaydada təsdiqlənərək 10 (on) gün müddətində təkrar olaraq altsistemə ötürülüb.

Dəyişikliyə əsasən, “Valideyn himayəsindən məhrum olmuş uşaqları övladlığa götürməyi arzu edən şəxslərin (valideyn-namizəd) övladlığa uşaq götürmək və himayədar valideyn olmaq istəyən şəxsin (şəxslərin) himayədar valideyn olmaq barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ünvanladığı ərizə notarial qaydada təsdiq edildikdən sonra Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 fevral tarixli 946 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Valideyn himayəsindən məhrum olmuş uşaqların övladlığa götürülməsi, o cümlə-dən Azərbaycan Respublikasının vətəndaşı olan uşaqların əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən övladlığa götürülməsi Qaydası”na müvafiq olaraq “Elektron notariat” informasiya sistemi vasitəsilə “Valideyn himayəsindən məhrum olmuş uşaqlar, himayədar ailə və övladlığagötürmə” altsisteminə ötürüləcək. Valideyn-namizədin və himayədar valideyn olmaq istəyən şəxsin (şəxslərin) ərizədə qeyd etdiyi məlumatlarda, o cümlədən ailə tərkibində, eləcə də onların faktiki yaşadığı ünvanda dəyişiklik olduqda, həmin şəxslərin məlumatlar yenilənməklə yeni ərizəsi notarial qaydada təsdiqlənərək 10 (on) gün müddətində təkrar olaraq altsistemə ötürüləcək.

Paylaş:
312

Son xəbərlər

Cümə gününün hava proqnozuBu gün, 12:22Azərbaycanda iş və istirahət günlərinin yerləri dəyişdirilibBu gün, 12:11Əmtəə bazarlarında qızıl və gümüşün qiyməti azalıbBu gün, 12:05Azad edilmiş rayonlarda nə qədər iş yeri yaradılıb? - Statistika açıqlandıBu gün, 11:58Şəkərli diabetin müayinə və stasionar müalicəsi icbari tibbi sığorta ilə qarşılanırBu gün, 11:36FHN dəm qazı təhlükəsi ilə əlaqədar əhaliyə müraciət edibBu gün, 11:32Azərbaycan Prezidenti Mavritaniyanın dövlət başçısına təbrik məktubu ünvanlayıbBu gün, 11:22Dövlət başçısı Timor-Leste Demokratik Respublikasının Prezidentini təbrik edibBu gün, 11:19Məktəbdənkənar təhsil müəssisələrinə elektron qəbul başlayıbBu gün, 11:11“Bərgüşadçay” yedək gəmisi istismara verilibBu gün, 11:08İlham Əliyev Albaniya Prezidentini təbrik edibBu gün, 11:07Suqovuşan-Sərsəng su anbarı-Qozlukörpü-Kəlbəcər avtomobil yolunun inşası davam edir - FOTO - VİDEOBu gün, 11:02COP29 zamanı İçərişəhər və Qala muzeyləri 12000-dən artıq ziyarətçi qəbul edibBu gün, 11:00Paşa Kapitalda “SİMA İmza” ilə məsafədən hesab açmaq imkanı yaradılıbBu gün, 10:41LG telefon bazarını tərk etdiBu gün, 10:34Psixoloq: Oyuncaqlar uşaqların xarakterini formalaşdırırBu gün, 10:20Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi endirilibBu gün, 10:11Bakıda yağıntılı hava şəraiti hökm sürür - FAKTİKİ HAVABu gün, 09:58Doktoranturada təhsil alanlar üçün xarici dillər üzrə fəlsəfə doktoru imtahanı keçiriləcəkBu gün, 09:50Adil Kərimlinin X Qlobal Forumda məruzəsi dinlənilibBu gün, 09:46
Bütün xəbərlər