Qobuda hərbi sursat aşkarlanıb - VİDE0 | 1news.az | Xəbərlər
Cəmiyyət

Qobuda hərbi sursat aşkarlanıb - VİDE0

11:43 - 27 / 01 / 2024
Qobuda hərbi sursat aşkarlanıb - VİDE0

Abşeron rayonu, Qobu qəsəbəsi ərazisində hərbi sursat aşkar edilib.

Fövqəladə Hallar Nazirliyindən 1news.az-a verilən məlumata görə, hadisə yerinə FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) minalardan təmizləmə üzrə çevik qrupu cəlb edilib.

Hüquq-mühafizə orqanı əməkdaşları ilə birgə ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüldükdən sonra hadisə yerinə baxış zamanı aşkar edilmiş sursatların döyüş tətbiqinə yararlı 5 ədəd F-1 əl qumbarası, 5 ədəd UZRQM partladıcısı və 25 ədəd 7x62 mm-lik mərmi olduğu müəyyən edilib. Sursatlar zərərsizləşdirilərək ərazidən kənarlaşdırılıb.

Hadisə yerində və ona yaxın ətraf ərazidə əlavə axtarış zamanı başqa hər hansı təhlükəli və ya şübhəli əşya aşkar edilməyib.

Paylaş:
179

Son xəbərlər

Bəzi çaylardan sel keçəcək

11 / 06 / 2025, 14:17
Bütün xəbərlər